Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bilal Hayinin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini də İlham Əliyevə təqdim etdi. Sonra Cənab Prezident səfirlə söhbət etdi. Dövlət başçısını salamlayan səfir Bilal Hayi səmimi söhbətinə başladı. Əvvəlcə Pakistanın Prezidentinin və Baş Nazirinin salamlarını çatdırdı. Xalqımızın Pakistan xalqı üçün xüsusi yeri olduğunu dedi. O, qeyd etdi ki, Pakistan xalqı Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycan xalqını dəstəkləmişdir. İqtisadi, müdafiə sahəsində münasibətlərin gücləndirilməsi və 2 ölkə xalqlarının yaxınlaşdırılması istiqamətində çalışmaq rəhbərliyimiz tərəfindən irəli sürüldüyünü qeyd etmişdir.Səfir qeyd etdi ki, “bu münasibətlər üçündə əlimdən gələni edəcəyəm”. Sonra Prezident İlham Əliyev səfirin xoş gəldiyini və çox şad olduğunu bildirdi. Xahiş etdi ki, Pakistan İslam Respublikasının Prezidentinə və Baş Nazirinə ən xoş salamlarını çatdırsın. Cənab Prezident İlham Əliyev Pakistan Respublikasının Prezidenti ilə görüşlərini xatırladığını və onun Bakıda keçirilmiş “Qoşulmama hərəkatının” sammitində fəal iştirakını, Baş Nazirlədə Davosda dünya iqtisadi formunda görüşdüyünü qeyd etdi. Cənab Prezident İlham Əliyev 2 ölkə arasında strateji münasibətləri, qardaş münasibətlərini bir daha təsdiqlədi. Cənab İlham Əliyev Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı dəstəyinə görə minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bütün məsələlərdə eləcə də Kəşmir məsələsində həmişə Pakistanı dəstəklədiyini bu qardaşlıq əməkdaşlığının bundan sonra da daha da güclənəcəyinin əmin olduğunu qeyd etdi. Sonra cənab Prezident qarşılıqlı ticarəti stimullaşdırmaq və invesitisiyalar sahəsində daha da fəal münasibətləri qurmaq üçün böyük potensial mövcudluğunu qeyd etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev onu da qeyd etdi ki, “Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkə olduğunu bunun da qardaşlığın əsl nümayiş olunduğunu bildirdi. Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizlə bağlı təxribatı ilə bağlı bəyanat verməsi bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir. İyul ayında Tovuzda baş verənlər sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribata başlamasını, onların işğalçı siyasətinin olduğunu qeyd etdi.Bu təxribata qarşı da Azərbaycan ordusu cavab verməli idi və verdi. Azərbaycan ordusu bir daha öz gücünü nümayiş etdirdi və erməni ordusu təxribatı dayandırmaq və etdiklərinə peşmançılıq keçirtmə məcburiyyətində qaldığını qeyd etdi. Cənab Prezident ifadəsində onu da qeyd etdi ki, Ermənistanın müharibəyə hazırlaşdığını gördüyünü buna görə də qeydlərinin, bəyanatlarının, münasibətlərinin və yeni təcavüzdən bir neçə gün öncə BMT Baş Assambleyasında çıxışının Ermənistanın dayandırılması barədə Beynəlxalq İctimayyət üçün həmişə siqnal idi”. Sentyabrın 27-də müxtəlif istiqamətlərdə kəndlərimizə, hərbi mövqelərimizə hücum etməyə başladılar və 2 gündə mülki şəxslər arasında itkilərimizin olduğunu və bu itkilərin sayının artdığını bildirdi.Buna da cavab olaraq Azərbaycan ordusunun əks-hücumu nəticəsində bəzi ərazilərimizin azad olduğu və bu ərazilərdə Azərbaycan bayrağının sancıldığını qeyd etdi. Ali Baş Komandanımız cənab İlham Əliyev səfirlə söhbətində onu qeyd etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ayrılmaz hissəsidir. Ermənistanın uzun illər ərzində təcavüzü və işğalı nəyin ki, bütün infrastrukturun dağılmasına gətirib çıxarıb, Xocalı soyqırımından başqa da onlar mədəni soyqırımı da törədiblər. Belə ki, tarixi abidələrimizin, məscidlərimizin dağıdılmasını Pakistan İslam Respublikasının səfirinə çatdırdı. Cənab Prezident Paşinyanın diktator rejiminin siyasətə çevrildiyini buna da Beynəlxalq təşkilatların göz yumduğunu, bu rejimində Beynəlxalq İctimayyətin dayandırılmadığı halda Azərbaycanın dayandıracağına qeyd etdi. Azərbaycan onları dayandıracaq. Azərbaycan onlara yerini göstərəcək və öz ərazi bütövlüyünü bərpa edəcək. Cənab Prezident İlham Əliyev bir daha Pakistandakı qardaşlarımıza minnətdarlıq bildirdi. Biz gördük ki, Bu gün bizim yanımızda olanlar öz mövqelərini açıq şəkildə ifadə edən ölkələrdir – Qardaş Türkiyə və qardaş Pakistan.Cənab Prezident Türkiyənin Azərbaycanın daim yanında olmasını, Azərbaycanın tək olmamasını qeyd etdi. Sonra səfir Bilal Hayi cənab Prezidenti vaxt ayırıb qəbul etdiyi üçün təşəkkür etdi. Onu da bildirdi ki, “Qoşulmama hərəkatının” nazirlər səviyyəsində toplantısında çıxışı zamanı Xarici İşlər nazirinin Dağlıq Qarabağ məsələsi ilə bağlı haqq işinə Pakistanın dəstəyini bir daha ifadə edəcək, sizin mövqeyiniz ədalətli qanunudur və bu məsələnin həlli qeyri-müəyyən müddətdə təxirə salına bilməz.Ona görə ki, bu mövqe ədalətlidir. Səfir: Biz “Qarabağ Azərbaycandır!” deməkdən çox xoşbəxtik. Azərbaycan və Pakistan arasında olan əlaqələr qardaşlıq yolu üzərində qurulub və bu birliyimiz 10 illiklərə dayanır. Azərbaycan dövləti Pakistanla olan əlaqələrini əbədi qardaşlıq fonunda irəlilətdirməkdə maraqlıdır və bizim əməkdaşlığımız sarsılmazdır.Şahnaz Əliyeva,Xocalı rayon sakini